Dünya

Fabrikindəki pendirlər iş adamının DƏHŞƏTLİ SONU oldu - FOTO

8 Avqust 2023 09:53
Baxış: 2 225
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyalı iş adamı Cakomo Kyapparini özünə məxsus pendir fabrikində pendir rəflərinin üzərinə aşması nəticəsində dünyasını dəyişib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Grana Padano" pendir korporasiyasının sahibi üzərinə 25 min baş pendir düşəndən sonra yoxa çıxıb. Bütün gecə davam edən axtarışlar nəticəsində 75 yaşlı kişinin meyiti tapılıb.

Hadisə Berqamo əyalətindəki pendir fabrikində baş verib. Ehtimallara görə, Cakomo Kyapparini faciə zamanı cihazın fəaliyyətini tənzimləyirmiş.

Qeyd edək ki, Kyapparininin mülkiyyətində 100 hektardan çox kənd təsərrüfatı torpaqları var. Müəssisə ildə 15 min baş pendir istehsal edir.

"Grana Padano" isə parmesan dadında, sərt və yarımyağlı pendirdir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.