Dünya

İmran Xanın partiyasına rəhbərlik edəcək şəxs məlum oldu

5 Avqust 2023 17:22
Baxış: 772
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pakistanın müxalifətdə olan Ədalət Uğrunda Hərəkat Partiyasına müvəqqəti olaraq təşkilatın sədr müavini Şah Mahmud Qüreyşi başçılıq edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə siyasi partiyanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Qüreyşi partiyanın həbsdə olan sədri İmran Xanın səlahiyyətlərini icra edəcək.

Qeyd edək ki, ölkənin keçmiş baş naziri olmuş İmran Xan 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökumətin sabiq başçısı korrupsiyada təqsirli bilinib. Məhkəmə ona 1209 dollar məbləğində cərimə cəzasına dair qərar da qəbul edib.

Xatırladaq ki, 2018-2022-ci illərdə Pakistanın Baş naziri vəzifəsində çalışan İmran Xana ötən ilin aprelində etimadsızlıq göstərilib və o, oktyabr ayında keçirilən seçkidən kənarlaşdırılıb. Ardınca da beş il müddətinə dövlət vəzifəsində işləmək hüququndan məhrum edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.