Dünya

35 yaşlı qadın çox su içdiyi üçün öldü

4 Avqust 2023 15:28
Baxış: 1 530
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin İndiana ştatında çox su içən qadın ölüb.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, Aşley Summers nadir rast gəlinən hal olan sudan zəhərlənərək ölüb.

Həyat yoldaşı və iki qızı ilə Friman gölünə gedən Summers səfərin sonunda çox susuz qalıb. 35 yaşlı qadın başının gicəllənməsini və ağrıları olduğunu da bildirib.

Onun qardaşı açıqlamasında deyib: "Biri dedi ki, bacım 20 dəqiqə ərzində 4 şüşə su içib. Bu o deməkdir ki, Summers cəmi 2 litr su içib. Mənə dedilər ki, bacının beynində şişlik var. Bunun nədən qaynaqlandığını bilmirlər. Şişkinliyi azaltmaq üçün nə edə biləcəklərini bilmirlər. Vəziyyət heç də yaxşı görünmür. Bu hamımızı şoka saldı".

Qeyd edək ki, araşdırmalara görə, sudan zəhərlənmə qısa müddətdə çox su istehlak edildikdə və ya narahatlıq səbəbiylə böyrəklər çox su saxladıqda baş verir. Su zəhərlənməsinin simptomlarına ürəkbulanma və baş ağrısı daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory