Dünya

Bu dron stratosferdə də qala bilir

24 İyul 2023 05:05
Baxış: 762
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da atmosferin stratosfer qatında bir ilə qədər davamlı qala bilən kəşfiyyat üçün nəzərdə tutulmuş dron sınaqdan keçirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Sınaq uçuşu ABŞ-ın Nyu-Meksiko ştatının səhra ərazisində həyata keçirilib. Britaniyanın "BAE Systems" müdafiə şirkətinin mütəxəssisləri tərəfindən yaradılmış "Phasa 35" pilotsuz uçuş aparatı havaya buraxılıb.

Pilotsuz təyyarə 20 kilometr hündürlüyə qalxıb və onun uçuşu bir gün davam edib.

Nəşrin müəllifləri güman edir ki, yaxın gələcəkdə Qərb tezliklə Ukrayna Silahlı Qüvvələrini belə avadanlıqlarla təchiz etməyə başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.