Dünya

Rusiya bu şərtlə taxıl müqaviləsinə qayıdacaq - Putin

20 İyul 2023 07:07
Baxış: 1 233
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya onun şərtləri yerinə yetirilən kimi dərhal taxıl sazişinə qayıdacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüşündə deyib.

"Rusiyanın sazişə qayıtması üçün əsas şərt onun ilkin humanitar mahiyyətinin bərpasıdır", - dövlət başçısı bildirib.

O, bu müqavilələr üzrə Rusiya qarşısında öhdəlikləri xatırladıb: "Əgər əvvəllər razılaşdığımız bütün şərtlər yerinə yetirilərsə - mən onları indi icad etmirəm - biz dərhal bu sövdələşməyə qayıdacağıq".

Prezident birinci şərt kimi Rusiya taxılının və gübrələrinin dünya bazarlarına tədarükünü sanksiyalardan çıxarmağı qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.