Dünya

Rusiya Superkuboku: 200-ə yaxın azarkeş saxlanıldı

16 İyul 2023 21:40
Baxış: 838
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polis iyulun 15-də Kazanda keçirilən Rusiya Superkuboku uğrunda oyuna gələn 196 azarkeşi saxlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Tatarıstanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 156 inzibati protokol tərtib edilib:

"Ak Bars Arena" stadionunda "Zenit" (Sankt-Peterburq) və ÇSKA (Moskva) futbol klubları arasında keçirilən oyunu 40,8 mindən çox tamaşaçı izləyib. Onların arasında ölkənin müxtəlif bölgələrindən Kazana gələn "Zenit" klubunun 5,6 minə yaxın aktiv azarkeşi və 9,1 min ÇSKA azarkeşi olub. Ümumilikdə, Kazan şəhərinin polis şöbələrinə müxtəlif hüquqpozmalara görə 196 azarkeş gətirilib. Faktla bağlı 156 inzibati protokol tərtib edilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.