Dünya

Nikol Azərbaycanın bütövlüyünü buna görə tanıdı - Baqratyan

15 İyul 2023 05:34
Baxış: 1 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paşinyanın Ermənistanda hakimiyyətdə olduğu illər ərazilərin və müttəfiqlərin itirilməsi ilə yadda qalıb.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bunu bunu Ermənistanın keçmiş baş naziri, "Azadlıq" partiyasının lideri Qrant Baqratyan deyib.

"Siyasi nöqteyi-nəzərdən Ermənistan yalnız itkilər verdi: biz əraziləri itirdik, Rusiya və Belarusla mübahisə etdik, yeni müttəfiqlər tapmadıq. Üstəlik, bizim mövqelərimiz əksinə, hətta zəiflədi. Moskvanın simasında müttəfiqin itirilməsi, Rusiyanın vasitəçi kimi tanınmaması ona gətirib çıxardı ki, Qərb İrəvana diktə etməyə başladı. Təbii ki, bu diktələr Qərbin vasitəçilik səylərinin asanlaşdırılması üçün Ermənistanı güzəştlərə sövq etməklə nəticələndi. Paşinyanın da Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasına məhz bu kontekstdən yanaşmaq lazımdır", - o bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.