Dünya

NATO-dan Çinə xəbərdarlıq

12 İyul 2023 21:38
Baxış: 869
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

NATO-nun Baş katibi Yens Stoltenberq Çinin 2035-ci ilə qədər 1500 nüvə başlığına sahib olacağını təxmin etdiklərini bildirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Stoltenberq Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Sammitinin sonunda keçirdiyi mətbuat konfransında sualları cavablandırarkən belə deyib.

O bildirib ki, həmin ildə Çin bütün Şimali Amerika və Avropaya çata biləcək raketlərə də sahib ola bilər.

Təhlükəsizliyin təkcə regional deyil, qlobal xarakter daşıdığını vurğulayan Stoltenberq, Çinin hərbi imkanlara sərmayə qoymasına işarə edib.

"Çinin 2035-ci ilə qədər bütün Şimali Amerika və Avropaya, yəni NATO ərazisinə çata biləcək raketlərdə 1500 nüvə başlığına sahib olacağını gözləyirik. Biz Çinin buna nə qədər yaxınlaşdığını görürük", - deyə Stoltenberq bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.