Dünya

Suriya və Türkiyə Prezidentləri Putinin iştirakı ilə görüşə bilər

9 İyul 2023 20:09
Baxış: 1 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriya və Türkiyə Prezidentləri Bəşər Əsəd və Tayyib Ərdoğan iki ölkə arasında münasibətlərinin normallaşdırılması üçün yol xəritəsi üzərində işlər başa çatdıqdan sonra rusiyalı həmkarı Vladimir Putinin iştirakı ilə görüşə bilərlər.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bəyan edib.

Onun sözlərinə görə, Suriya-Türkiyə münasibətlərinin normallaşması prosesi hər ay inkişaf edir və bu müddətdə yol xəritəsinin aktivləşdirilməsi istiqamətində fəal və intensiv işlər aparılır.

"Müvafiq işlər başa çatdıqdan sonra Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Türkiyə və Suriya dövlət başçıları arasında görüş təşkil etmək üçün prezidentlərə məlumat veriləcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.