Dünya

Nəvədən VƏHŞİLİK: nənəsini çəkiclə döyüb öldürdü, meyiti...

6 İyul 2023 20:11
Baxış: 1 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rostov yaxınlığındakı Aksay şəhərində dəhşətli hadisə baş verib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, Rostov vilayəti prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, tərk edilmiş ərazidə yaşlı qadının meyiti tapılıb.

Mərhumun nəvəsi vəhşicəsinə qətl törətməkdə şübhəli bilinir.

Məlum olub ki, gənc nənəsinin mənzilində olarkən onunla güclü mübahisə edib. O, əsəbləşərək qadının başına çəkiclə 9 dəfə zərbə endirib. Təqaüdçü hadisə yerində dünyasını dəyişib.

Daha sonra qatil cinayəti ört-basdır etmək qərarına gəlib. Bir dostu ona kömək edib. Onlar birlikdə mənzildə olan qan izlərini yuyub, qətlə yetirilən qadının meyitini tərk edilmiş əraziyə aparıb, üstünü otla və dəmir-beton plitə ilə örtüb, cinayət silahını gizlədiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.