Dünya

Ruslar Zaporojye AES-ə bomba yerləşdirib - Ukrayna SQ

4 İyul 2023 21:37
Baxış: 946
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Silahlı Qüvvələri rus ordusunun nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasının (AES) ərazisində yaxın gələcəkdə təxribatların hazırlana biləcəyini rəsmən açıqlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

"Əməliyyat məlumatlarına görə, bu gün Zaporojjya AES-in üçüncü və dördüncü enerji bloklarının xaricində partlayıcı qurğulara bənzər yad obyektlər yerləşdirilib. Onların partladılması enerji bloklarına zərər verməməlidir, lakin Ukraynanın atəşə tutuması mənzərəsini yarada bilər. Rusiya mediası və Teleqram kanalları bu barədə yanlış məlumat verir", - deyə bildirilib.

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri beynəlxalq humanitar hüquq normalarını pozmur, vəziyyəti izləyir, nəzarət edir və istənilən şəraitdə hərəkətə keçməyə hazırdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.