Dünya

500 minədək insana təxliyə barədə əmr verilib

3 İyul 2023 09:56
Baxış: 1 466
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bazar ertəsi Yaponiyanın cənub-qərbində yarım milyona yaxın insana ölkənin bu bölgəsində davam edən leysan yağışlarının yaratdığı daşqın və torpaq sürüşməsi səbəbindən təxliyə əmri verilib.

Milli.Az APA-ya istinadən bildirir ki, Kurume şəhərində (Fukuoka prefekturunun cənub-qərbində) azı 115 min nəfər təxliyə əmri alıb. Ərazidə daşqın və sürüşmə təhlükəsi beş ballıq şkala üzrə dördüncü səviyyəyə qaldırılıb.

İndiyədək 360 mindən çox insanın təxliyə olunduğu Kumamoto prefekturasının cənub-qərbində də çətin vəziyyət yaranıb.

Yaponiyanın cənub-qərbində hər yay güclü leysan yağışları müşahidə olunur ki, bu da çay daşqınlarına, sürüşmələrə və insan tələfatına səbəb olur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.