Dünya

Ana oğlunu güllələdi - Qeyri-adi səbəb

2 İyul 2023 17:58
Baxış: 1 395
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin Atlanta şəhərində qadın oyun konsolu üstündə mübahisə zamanı oğlunu güllələyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 34 yaşlı yerli sakinlə 17 yaşlı oğlu arasında mübahisə yaranıb. Bundan sonra o, silahını çıxararaq yeniyetməyə bir neçə dəfə atəş açıb. Oğlan xəstəxanaya aparılıb. Qadın isə saxlanılıb.

Qeyd edək ki, 2010-cu ildən bəri qadının adı müxtəlif cinayətlərdə hallanıb. O, sənədlərin saxtalaşdırılması, odlu silahla hücum, silahlı soyğunçuluq, uşaqlara qarşı zorakılıq və s. cinayətlərdə ittiham olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.