Dünya

ÜST: “Məşhur şirinləşdirici xərçəngə səbəb ola bilər”

30 İyun 2023 16:49
Baxış: 1 229
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatı məşhur şirinləşdirici aspartamın xərçəngə səbəb ola biləcəyini elan etməyə hazırlaşır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, aspartamda potensial kanserogen təsirin olması ilə bağlı nəticə bu mövzuda 1,3 min elmi araşdırmanı təqdid edən müstəqil ekspertlər qrupunun görüşündən sonra qəbul edilib.

Beynəlxalq Şirinləşdiricilər Assosiasiyasının verdiyi məlumata görə, Xərçəng Araşdırmaları üzrə Beynəlxalq Agentliyin aspartamla bağlı araşdırmalarına baxışı elmi cəhətdən əhatəli deyil və əsasən nəticələrinin qüsurlu olduğu təsbit edilən tədqiqatlara əsaslanır. Onlar hesab edirlər ki, ÜST-nin elan etməyə hazırlaşdığı nəticələr yüksək şəkər tərkibli içkilərə münasibətdə "istehlakçıları çaşdıra bilər".
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.