Dünya

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlanıb

28 İyun 2023 14:43
Baxış: 1 070
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin Detroyt (Miçiqan ştatı) və Çikaqo (İllinoys ştatı) şəhərləri havanın çirklənməsi üzrə dünya reytinqində ilk iki yeri tutub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu havanın keyfiyyətinə dair antireytinqi dərc edən "IQAir" portalının məlumatları təsdiqləyir.

Detroytda havanın çirklənməsi 207 bal, Çikaqoda isə 178 bal səviyyəsində qiymətləndirilir.

Mütəxəssislər düşünür ki, Kanadada meşə yanğınlarının səbəb olduğu duman ABŞ-də iri şəhərlərdə havanın keyfiyyətinə təsir edib.

Üçüncü yerdə Kanadanın Toronto şəhəri gəlir. Dördüncü və beşinci yerləri Çinin paytaxtı Pekin (111 bal) və Qətərin paytaxtı Doha (102 bal) tutur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.