Dünya

Priqojinin təyyarəsi Belarusda eniş edib - FOTO

27 İyun 2023 10:18
Baxış: 1 281
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vaqner" Xüsusi Hərbi Şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsi Belarusun hərbi aerodromlarından birinə eniş edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Belaruski Qayun" monitorinq qrupu məlumat yayıb.

Qeyd edilib ki, Yevgeni Priqojinin biznes-jeti bu gün saat 07:40-da Minsk yaxınlığındakı Maçulişi hərbi aerodromuna eniş edib.

Bildirilib ki, Rusiyadan daha bir biznes-jet saat 07:58-də gəlib.

Xatırladaq ki, daha əvvəl ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədri Mark Uorner Priqojinin Minskdə olması barədə məlumata sahib olduğunu bildirmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.