Dünya

Vuçiç Türkiyə ilə əməkdaşlıqdan imtina etdi

25 İyun 2023 23:09
Baxış: 1 536
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Serbiya Türkiyənin "Bayraqdar" PUA-larını almaqdan imtina edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç TV Pink kanalına müsahibəsində deyib.

"Türkiyə "Bayraqdar" PUA-larını Priştinaya (Kosova) verib, ona görə də biz türk PUA-larını almaqdan imtina etdik. Biz artıq onlarla bu məsələdə əməkdaşlıq etmək istəmirik, çünki onlar 1244 saylı qətnaməyə və digər qətnamələrə zidd olaraq tanınmayan dövlətin əsas təchizat mənbəyidir", - deyə Vuçiç bildirib.

O qeyd edib ki, yaxın bir neçə ay ərzində Belqrad "Yaxın Şərqdə sifariş edilən bir neçə yüzdən minə qədər kamikadze pilotsuz uçan aparatı" alacaq.

Qeyd edək ki, Vuçiç konkret ölkə adı çəkməsə də, Serbiyanın İsraildən PUA-lar almaq istədiyi təxmin edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.