Dünya

Məşhurların hesabını ələ keçirən hakerə hökm oxundu

25 İyun 2023 17:46
Baxış: 1 228
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tviterdə 100-dən çox siyasətçi və tanınmış şəxsin hesabını ələ keçirən britaniyalı haker Cozef O'Konnor 5 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Nyu-York məhkəməsi hakerə qarşı genişmiqyaslı kibercinayət fəaliyyətində iştiraka görə hökm oxuyub.

Qeyd edək ki, 23 yaşlı Cozef O'Konnor fırıldaqçılıq məqsədilə 130 siyasətçi və məşhurun tviter hesabını ələ keçirdiyini 2020-ci ildə etiraf edib. Nəticədə tviter bir neçə məşhur şəxsin hesabını dondurmalı olmuşdu. "The Guardian"ın məlumatına görə, O'Konnor və əlbir olduğu şəxslər kriptovalyuta qismində 794 min dollardan çox vəsait oğurlayıblar. O, sözügedən məbləği geri qaytarmalıdır.

Onun qurbanları arasında ABŞ-nin hazırkı Prezidenti Co Bayden, keçmiş Prezidenti Barak Obama, milyarderlər Bill Qeyts, Maykl Blumberq, Uorren Baffet, İlon Mask və digərləri olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.