Dünya

"Ukrayna üç istiqamətdə böyük hücum əməliyyatlarına başlayıb" - Britaniya kəşfiyyatı

25 İyun 2023 13:42
Baxış: 1 393
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukrayna Silahlı Qüvvələri 3 müxtəlif istiqamətdə böyük hücum əməliyyatlarına başlayıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, Ukrayna ordusu əks-hücum əməliyyatlarının ilk 2 həftəsindəki təcrübədən istifadə edirlər: "Onlar tədricən irəliləsələr də, sabit taktiki uğurlar əldə edirlər. Rusiya isə irəliləyiş üçün cəhd etsə də, Ukrayna qüvvələri bunun qarşısını alıb".

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.