Dünya

Kadırovdan Priqojinlə bağlı SƏRT AÇIQLAMA: “Lazım gələrsə..”

24 İyun 2023 14:23
Baxış: 4 033
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Biz Priqojinin qiyamını yatırmağa hazırıq".

Milli.Az Sfera.az-a istinadən bildirir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib. O, bu barədə fikirlərini teleqram kanalında yazıb:

"Üsyanı yatırmaq lazımdır və bu, sərt tədbirlər tələb edirsə, biz hazırıq!".

Kadırov açıqlamasında həmçinin, Priqojinin davranışını "arxadan vurulan bıçaq zərbəsi" adlandırıb və rus əsgərlərini heç bir "təxribat"a boyun əyməməyə çağırıb.

Qeyd edək ki, bundan əvvəl "Vaqner"in rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun döyüşçülərinin düşərgəsini vurmaqda ittiham etmişdi. Rusiya prezidenti Vladimir Putin isə xalqa müraciətində Priqojini vətənə xəyanətdə günahlandırmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.