Dünya

Türkiyənin "Süper Şimşek" PUA-sının uçuş tarixi açıqlanıb

23 İyun 2023 08:48
Baxış: 878
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan "Süper Şimşek" Pilotsuz Uçuş Aparatı 2023-cü ilin sentyabr ayında ilk uçuşunu həyata keçirəcək.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə TUSAŞ-ın PUA baş mühəndisi Özgür Sayın jurnalistlərə açıqlamasında deyib.

Məlumat üçün bildirək ki, "Süper Şimşek" AKSUNGUR PUA-sı ilə birlikdə "Paris Air Show" sərgisində nümayiş etdirilib.

Qeyd edək ki, Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan "Süper Şimşek" Pilotsuz Uçuş Aparatı hava hücumundan müdafiə sistemlərinin inkişafı üçün hazırlanıb və və müvafiq personalın təlimlərində istifadə ediləcək.

Bundan əlavə, "Süper Şimşek" öz gücü daxilində radioelektron mübarizə sistemləri ilə təchiz olunmaqla havadan yerə, havadan havaya hücum missiyalarını yerinə yetirə, qurudakı düşmən sistemlərini aşkar edə, onları məhv edə biləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.