Teleaparıcı Kseniya Borodina möhtəşəm axşam paltarında bir neçə foto yayımlayıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, o, şəkilləri sosial şəbəkədə paylaşıb.
40 yaşlı Kseniya Borodina mütəmadi olaraq qarderob üçün müstəqil seçdiyi dəbli şəkillər nümayiş etdirir.
O, bu dəfə axşam üçün çiyinləri açıq, ombasına qədər yarıq olan qara paltar seçib. O, görünüşünü hündürdaban ayaqqabılarla tamamlayıb.
Kseniya Borodina iş adamı Qurban Ömərovdan qız övladı dünyaya gətirib. Bloqqerin dediyinə görə, o, 2019-cu ildə sahibkardan boşanmaq fikrində idi, lakin Teona xatirinə ona ağır psixoloji travma verməkdən qorxaraq ailəsini saxladı.
Milli.Az