Dünya

Nazir özü banka hücum edənlə danışıqlar apardı

18 İyun 2023 18:10
Baxış: 1 135
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Astanada banka silahlı hücum edən şəxslə danışıqları Qazaxıstanın daxili işlər naziri Marat Axmetjanov aparıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Tengrinews" Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən xəbər verir.

Qeyd olunub ki, girovların azad edilməsi ilə bağlı əməliyyata da nazir başçılıq edirmiş.

Qeyd edək ki, Astanada "Kaspi Bankı"nın Dostık küçəsində yerləşən şöbəsində hücum edən silahlı şəxs 7 nəfəri girov götürmüşdü. 30 yaşlı kişi bu bankın bütün vəsaitlərinin əlil uşaqlara, yoxsullara və imkansızlara yardım fonduna yönəldilməsini tələb edib.

Binanın qarşısında güclü partlayışdan sonra xüsusi təyinatlılar banka daxil olub, əməliyyat nəticəsində bütün girovlar azad edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.