Dünya

Fransada güclü zəlzələ olub: yüzlərlə ev, məktəb dağılıb, xəsarət alanlar var

18 İyun 2023 14:34
Baxış: 1 448
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransada Rixter cədvəli ilə 5,2-5,8 maqnitudada zəlzələ baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində yüzlərlə bina yaşayış üçün yararsız hala düşüb, iki nəfər xəsarət alıb.

Des Sevr şəhərində iki nəfərin yaralandığı məlum olan Sahilyanı Şaranta bölgəsinin xüsusilə zərər çəkdiyi bildirilir. Zəlzələ ilə əlaqədar 170-ə yaxın insan təxliyə edilib. Evlərə, məktəblərə və kilsələrə ziyan dəyib.

Fransanın Baş naziri Elizabet Born zəlzələni qeyri-adi adlandırıb və bütün zərərçəkənlərlə həmrəy olduğunu bildirib. Daxili işlər naziri Cerald Darmanin, hökumətin binalara olan struktur ziyanını qiymətləndirmək üçün sürətli proses başlayacağını söyləyib.

Fransada maqnitudası beşdən çox olan zəlzələlər nadir təbii hadisədir, sonuncu zəlzələ 2019-cu ilin noyabrında baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.