Dünya

Baş Qərargah: Ukrayna silahlı qüvvələri iki istiqamətdə irəliləyir

15 İyun 2023 13:16
Baxış: 889
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna silahlı qüvvələri iki istiqamətdə irəliləyir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat katibi Andrey Kovalev bildirib.

Onun sözlərinə görə, hazırda Berdyansk və Baxmut istiqamətlərində Ukrayna qüvvələrinin əks-hücum əməliyyatı aparılır.

Berdyansk istiqamətində Makarivka kəndi yaxınlığında döyüşlər davam edir. Zaporojye regionunda yerləşən Novodanilivka və Novopokrovka kəndlərinin ərazilərində də döyüşlər davam edir.

"Baxmut istiqamətində Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rozdolivka - Krasnopolivka və Berxivka - Yagidne istiqamətlərində hücum əməliyyatları keçirib və əməliyyatlar uğurlu alınıb. Ukrayna əsgərlərinin müdafiə olunduğu yerdə bircə dənə mövqe itirilməyib", - Andrey Kovalev bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.