Dünya

Şok: Rusiya Ukraynada daha bir bəndi vurdu

11 İyun 2023 23:09
Baxış: 1 585
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Kaxovka su elektrik stansiyasında törədilən terror aktından sonra dayanmır və bəndləri dağıtmağa davam edir. İndi düşmən Zaporojye vilayətində bəndi uçurub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukraynanın Tavriya Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mərkəzinin spikeri Valeri Şerşen deyib.

"Ruslar Donetsk vilayəti ilə sərhəddə, Zaporojye vilayətinin Poloqovski rayonunun Novodarovka kəndi yaxınlığında bəndi partladıblar. Aydındır ki, düşmən Ukrayna qoşunlarının hücumunu dayandırmaq üçün hər şeyi etməyə çalışır. Su bəndinin dağıdılması daşqınlara səbəb olub. Bu, Mokrıye Yalı çayının hər iki sahilinin daşmasına səbəb olub", - o bildirib.

Şerşen bunun Ukrayna Silahlı Qüvvələrinin əks-hücum hərəkətlərinin gedişatına heç bir şəkildə təsir etməyəcəyini vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.