Dünya

Əks-hücumun ilkin nəticəsi: Bu kəndlər azad edildi

11 İyun 2023 21:47
Baxış: 1 371
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Silahlı Qüvvələrinin 68-ci əlahiddə briqadası Donetsk vilayətinin Blaqodatnoe yaşayış məntəqəsini azad edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə briqadanın Feysbuk səhifəsində məlumat verilib.

Məlumata görə, hücum zamanı rus hərbçilər də əsir götürülüb.

***

Ukrayna Könüllülər Ordusunun 7-ci əlahiddə balatyonu "AREY" Neskuçnoye kəndini Rusiya ordusundan azad edib.

Sözügedən kənd bundan öncə azad edilən Blaqodatnoe yaşayış məntəqəsinin yaxınlığında yerləşir.

Ukraynanın Tavriya istiqamətinin müdafiə qüvvələrinin spikeri Blaqodatnoenin azad edilməsinin əks-hücumun ilk nəticəsi adlandırıb.

Hər iki yaşayış məntəqəsi Donetsk vilayətinin Zaporojye ilə sərhəd zonasında yerləşir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.