Dünya

Türkiyədə iş yerində televizora baxan şəxs möcüzə nəticəsində sağ qaldı - ANBAAN VİDEO

11 İyun 2023 17:11
Baxış: 1 442
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Yalova şəhərində sexdə gecə gözətçisi işləyən İdris Fidanın başına qəribə hadisə gəlib. Belə ki, 32 yaşlı gənc iş yerində olanda tavanı deşən güllə onun baş dərisini sivirib. Həmin anlar iş yerinin təhlükəsizlik kamerasına əks olunub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, videodan görünür ki, o, televizora baxarkən silah səsinə diksinir. Bu vaxt tavanını deşən güllə Fidanın baş dərisini sivirib keçərək oturacağın üstünə düşür.

Hadisə nəticəsində gözətçi yüngül sıyrıq xəsarəti alıb.

Polislər tapançadan atəş açan şəxsin kimliyini müəyyən etmək üçün istintaqa başlayıblar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.