Dünya

Türkiyə gəmisini qaçırmaq istəyən şəxslər saxlanıldı

10 İyun 2023 07:31
Baxış: 839
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın müdafiə naziri Quido Krozetto Türkiyənin ticarət gəmisini ələ keçirməyə cəhd edən şəxslərin saxlanıldığını açıqlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə o özünün "Twitter" səhifəsində yazıb.

"Gəmini qaçırmaq istəyən miqrantlar zərəsizləşdirilib və hər şey uğurla başa çatıb", - deyə nazir bildirib.

Xatırladaq ki, daha əvvəl Quido Krozetto bildirmişdi ki, SOS siqnalı verən gəminin heyətinə kömək üçün Hərbi Dəniz Qüvvələrinin xüsusi bölməsi göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.