Dünya

Kılıçdaroğlunun yerində olsam, istefa verərdim - Oğan

7 İyun 2023 08:12
Baxış: 1 277
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

CHP lideri Kamal Kılıçdaroğlunun yerində olsaydım, istefa verərdim.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri ATA İttifaqının prezidentliyə sabiq namizədi, 28 mayda keçirilən təkrar seçkilərdə Cümhur İttifaqına dəstək verən Sinan Oğan deyib.

"Kılıçdaroğlu bu seçkini referendum olaraq dəyərləndirib. Əgər bu seçki referendumdursa, demək ki, referendumda məğlub oldunuz. Kılıçdaroğlunun xeyli yaşı var. CHP mütləq qalibiyyət gətirəcək struktura sahib olacaq. Lakin o, kresloya yapışıb qaldığı müddətdə bu, baş vermir. Kılıçdaroğlunun yerində olsam, istefa verərdim", - deyə S.Oğan bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.