Dünya

Ukraynanın əks-hücumu artıq başlayıb - İsrail zabiti

1 İyun 2023 14:04
Baxış: 1 195
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukraynanın əks-hücumunun ilkin fazası artıq bir müddətdir davam edir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki,bu barədə İsrail ordusunun istefada olan kapitanı Qriqori Tamar deyib.

O bildirib ki, cəbhənin müxtəlif məntəqələrində diversiya fəaliyyəti və dronların əməliyyatı əks-hücumun göstəricisidir.

Onun sözlərinə görə, uğurlu əks-hücum üçün əsas şərtlərdən biri düşmənin havada üstünlüyünü zərərsizləşdirməyə qadir müasir hava hücumundan müdafiə sistemlərinin olmasıdır:

"Düşməni məğlub etmək üçün uzunmənzilli sistemlər vacibdir ki, 300-500 kilometr məsafədə rusların arxa cəbhəsini nəzarətə götürməyə imkan versin".

Q.Tamar həmçinin Ukrayna ordusunun əsasən texniki səbəblərdən qısa zamanda F-16 qırıcıları əldə etməyəcəyini və bunun əks-hücuma mane yaratmayacağını qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.