Ukrayna Silahlı Qüvvələri Qərbdən Almaniya istehsalı olan 60-a yaxın "Leopard" tankı alıb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.
Reznikov bildirib ki, "Leopard" tanklarının tədarükü üçün koalisiyaya Almaniya, Polşa, Niderland, İsveç, Portuqaliya, İspaniya və Kanada daxildir:
"İndi Ukrayna ordusunda "Leopard" tankından ibarət iki batalyon var".
Milli.Az