Dünya

Rumıniyada NATO-nun təlimləri başlayıb

29 May 2023 21:24
Baxış: 687
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bazar ertəsi Rumıniyada NATO-nun "Saber Guardian-23" adlı beynəlxalq hərbi təlimi başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rumıniya Radiosu məlumat yayıb.

Milli müdafiə naziri Ancel Tılver qeyd edib ki, bu təlimlər müttəfiqlərlə birgə hərəkət etmək bacarığının artırılması üçün vacibdir. Təlimlərdə 10 minə yaxın hərbi qulluqçu, o cümlədən 5 mindən çox Rumıniya hərbi qulluqçusu iştirak edir. Təlimlərə 1,7 mindən çox hərbi texnika cəlb edilib.

Rumıniyadan başqa, 12 müttəfiq və tərəfdaş ölkə də təlimlərdə iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.