Dünya

Bayden Rusiyanın Baxmutda 100 mindən çox itki verdiyini açıqladı

21 May 2023 20:22
Baxış: 1 403
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Ukraynanın Baxmut şəhəri uğrunda döyüşlərdəki itkiləri 100 min nəfərdən çoxdur.

Milli.Az report-a istinadən xəbər verir ki, bu rəqəmləri ABŞ Prezidenti Cozef Bayden Yaponiyanın Hirosima şəhərində keçirilən "Yeddilik Qrupu"nun ("G7") sammitinin yekunlarına dair mətbuat konfransında səsləndirib.

"Baxmut barədə danışırlar ki, tutulub, ya tutulmayıb. Doğru budur ki, Rusiya Baxmutda 100 mindən çox itki verib. Bunu əvəzləmək çətin olacaq. İşğal edilib-edilmədiyi vacib deyil - orada onsuz da çox tikili qalmayıb. Bu, əsasən, önəmli dərəcədə dağıdılmış şəhərdir. Lakin onlar orada "Vaqner" qrupu daxil olmaqla xeyli Rusiya qoşununu cəmləşdirə biliblər", - dövlət başçısı bildirib.

Qeyd edək ki, Bayden Baxmut haqqında Ukraynanın gözlənilən əks-hücum əməliyyatı və F-16 qırıcılarının orada iştirak etmə ehtimalı kontekstində danışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.