Dünya

Kiyevə dron hücumu olub, yanğın baş verib

20 May 2023 07:47
Baxış: 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 20-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevdə Rusiya ordusuna məxsus pilotsuz təyyarənin hücumu zamanı 9 mərtəbəli binanın damında yanğın başlayıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "RBC-Ukraina" Kiyevin meri Vitali Kliçkoya, eləcə də Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popkoya istinadən xəbər verib.

Dağıntılar nəticəsində paytaxtın Dnepr rayonunda yanğın baş verib.

Bütün fövqəladə xidmətlər hadisə yerinə göndərilib.

"Dnepr rayonunda yaşayış komplekslərindən birində 9 mərtəbəli binanın damında yanğın baş verib. Bütün fövqəladə xidmətlər yerində işləyir. Hələlik zərərçəkənlər barədə məlumat daxil olmayıb", - Kliçko bildirib.

Sakinlərə sığınacaqları tərk etməmək tövsiyə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.