Dünya

Bəşər Əsəd 12 ildən sonra ilk dəfə Ərəb Liqası sammitində iştirak edir

19 May 2023 18:46
Baxış: 1 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriya Prezidenti Bəşər Əsəd 12 ildən sonra ilk dəfə Ərəb Liqası sammitində iştirak edir.

Milli.Az APA-ya istinadən bildirir ki, vaxtilə Suriya müxalifətinə dəstək verən dövlətlər Əsədin hakimiyyətini möhkəmləndirməsini qəbul etdikdən sonra Şamı bu ay yenidən üzv qəbul ediblər.

Qeyd olunub ki, bu ilin fevralında Suriyanın şimal-qərbində baş vermiş dağıdıcı zəlzələdən sonra bir vaxtlar düşmən dövlətlərin Suriya hökumətinin nəzarətində olan ərazilərə humanitar yardım göndərməsi də tərəflərin yaxınlaşmasını sürətləndirib.

Qeyd edək ki, Ərəb Liqası sammitinə bu il Səudiyyə Ərəbistanı ev sahibliyi edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.