Dünya

Bahalı maşınla gəlib oğurluq etdilər - hadisə anı - VİDEO

19 May 2023 19:24
Baxış: 1 367
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbul şəhərində bahalı avtomobil idarə edən 3 nəfər başqa bir avtomobili qarət ediblər. Onlar yol kənarında dayanan maşının şüşəsini sındıraraq təxminən 250 min lirəlik (təxminən 21 min 450 manat) hissələr oğurlayıblar.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə səhər saat 5:20-də Bayrampaşa Kocatepe Məhəlləsində baş verib. Məlumata görə, avtomobilin olduğu yerdə iki dəfə dövrə etdikdən sonra oğrular bahalı maşınlarından düşüblər. Şübhəli şəxslər qara rəngli avtomobilin şüşəsini sındırıb, daha sonra kimsə nəqliyyat vasitəsinə daxil olaraq salondan oğurluq edib. Digərləri isə avtomobildən çıxardıqları əşyaları öz avtomobillərinə doldurublar.

Daha sonra onlar avtomobilə hadisə yerindən qaçıblar.

Hadisə anını təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.