Dünya

Ötən il 100 min ukraynalı Rusiyaya sığınacaq üçün müraciət edib

11 May 2023 23:07
Baxış: 1 148
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ötən il 100 mindən çox Ukrayna vətəndaşı Rusiyaya müvəqqəti sığınacaq üçün müraciət edib".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu ölkənin Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin rəisi Valentina Kazakova deyib.

Onun sözlərinə görə, Ukrayna vətəndaşları kütləvi şəkildə Rusiyaya gəlməyə başlayıblar:

"Hazırda ölkədə 6 milyon əcnəbi vətəndaş var. Üstəlik 101 min nəfər ukraynalı da müvəqqəti sığınacaq üçün bizə müraciət edib. Çünki prezidentin fərmanına əsasən, Ukrayna vətəndaşları indi Rusiya ərazisində qeyri-müəyyən müddətə qala və iş görə bilərlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.