Dünya

Polşa Rusiya ilə sərhədin mühafizəsini gücləndirəcək

30 Aprel 2023 15:11
Baxış: 746
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rəsmi Varşava Kalininqrad vilayətində Polşa-Rusiya sərhədində təhlükəsizlik tədbirlərini gücləndirəcək.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski bildirib.

Baş nazir əlavə edib ki, Rusiya ilə bütün sərhəd zolağı boyunca müvafiq fiziki və elektron təhlükəsizlik tədbirləri qurulacaq:

"Biz Polşanın şimalındakı Kalininqrad vilayəti ilə bütün Polşa-Rusiya sərhədi boyunca təhlükəsizliyi gücləndiririk. Biz bu təhlükəsizliyi təmin edirik və onu Polşa-Belarus sərhədində olduğu kimi təmin edəcəyik".

Xatırladaq ki, Polşanın müdafiə naziri Mariuş Blaşak bildirib ki, Polşa öz hava hücumundan müdafiə sisteminin yaradılmasında Ukraynanın təcrübəsindən istifadə edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.