Dünya

Ərdoğan və Quterreşin müzakirə etdiyi məsələlər açıqlandı

28 Aprel 2023 23:54
Baxış: 841
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreşlə telefonla danışıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, görüşdə Rusiya-Ukrayna müharibəsi, Suriya və Sudandakı hadisələr müzakirə edilib.

Ərdoğan BMT-nin Suriyaya sərhədlərarası yardım mexanizminin iyul ayına kimi uzadılmasının böyük əhəmiyyət daşıdığını bildirib.

Türkiyə Prezidenti Sudanda münaqişənin hər iki tərəfi ilə dialoq qura bilən bir ölkə olaraq tərəfləri yenidən sülh danışıqlarına dəvət etmək və fikir ayrılıqlarını həll etmək üçün hər zaman əməkdaşlığa hazır olduqlarını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.