Dünya

Rejissor qaçırıldı

28 Aprel 2023 23:27
Baxış: 894
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveç vətəndaşı Ulf Bilger Erlingsson Şimali Santander inzibati bölgəsindəki Tibu qəsəbəsində ELN üzvləri tərəfindən qaçırılıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, ELN sənədli film rejissoru və jurnalist Erlinqssonu qaçırdıqlarını təsdiqləyərək onun martın 1-də sui-qəsd və casusluq ittihamı ilə oğurlandığını bildirib.

İsveç rəsmiləri, Ombudsman Aparatı və Katolik Kilsəsinin onlara müraciət etdiyini qeyd edən ELN, Erlinqssonun müəyyən müddətdən sonra sərbəst buraxılacağını açıqlayıb.

Kolumbiya hökuməti ilə ELN nümayəndələri arasında danışıqların üçüncü raundunun Kubanın ev sahibliyi ilə mayın 2-də başlayacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.