Dünya

Bəxtiyor Saidov bu ölkənin xarici işlər naziri təyin edildi

25 Aprel 2023 10:34
Baxış: 1 025
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bəxtiyor Saidov Özbəkistanın xarici işlər naziri təyin edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu barədə müvafiq sərəncam imzalayıb.

Dövlət başçısının mətbuat katibi Şerzod Əsədov bildirib ki, Saidovun Özbəkistan Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə namizədliyi Ali Məclisin Qanunvericilik Palatasının deputatları tərəfindən nəzərdən keçirilib və təsdiq edilib.

Xatırladaq ki, o, 2022-ci ilin dekabrından etibarən Özbəkistanın xarici işlər naziri vəzifəsini müvəqqəti icra edirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.