Dünya

Makron səhvini etiraf etdi: Le Pen prezident ola bilər!

23 Aprel 2023 23:52
Baxış: 1 107
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırkı hakimiyyəti buraxılmış səhvləri düzəltməsə, ifrat sağçı lider Marin Le Pen Fransanın növbəti prezidenti ola bilər.

Milli.Az axar.az xəbər verir ki, bunu Fransanın hazırkı Prezidenti Emmanuel Makron deyib.

Makron ölkədə kütləvi etirazlara səbəb olan pensiya islahatını qəbul edərkən cəmiyyətlə ünsiyyətdə səhvlərin olduğunu etiraf edib:

"Səhv, dəlilləri təqdim etmək və bu islahatı təşviq etmək üçün kifayət qədər aktiv iştirak etməməyim ola bilər. Qeyri-populyar islahat ölkənin pensiya sistemini dağılmaqdan xilas etmək üçün nəzərdə tutulub".

Eyni zamanda o, müxalifəti heç bir alternativ təklif etməməkdə günahlandırıb. Müxalifətin populist tənqidlərini şərh edən Makron 2027-ci ildə keçiriləcək növbəti seçkidə Marin Le Penin hakimiyyətə gəlməsi təhlükəsi barədə xəbərdarlıq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.