Dünya

Üz tanıma texnologiyası ilə silah satışına başlanılacaq

23 Aprel 2023 11:12
Baxış: 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Koloradoda ştatında yerləşən Biofire Tech şirkəti üz tanıma texnologiyasına malik ağıllı silah sifarişlərini qəbul etməyə başlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Reuters məlumat yayıb.

Biofire tapançasını təkcə üzlə deyil, barmaq izi sensorundan istifadə etməklə də işə salmaq olar. Bu xüsusiyyətlər yalnız səlahiyyətli istifadəçilərin silahdan istifadə edə bilməsini və uşaqların ondan istifadə edə bilməməsini təmin etmək üçün nəzərdə tutulub.

Şirkət bildirib ki, 9 mm tapançanın ilk istifadəyə hazır versiyaları bu ilin dördüncü rübündə əvvəlcədən sifariş edilmiş müştərilərə göndərilə bilər, 1499 dollar dəyərində bir referans modeli isə 2024-cü ilin ikinci rübündə göndəriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.