Dünya

Yəməndə Ramazan tədbirində yaranan izdihamda 78 nəfər ölüb

21 Aprel 2023 07:50
Baxış: 832
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yəmənin paytaxtı Sənada Ramazan xeyriyyə tədbirində atışma və elektrik stansiyasında partlayış baş verib.

Milli.Az APA-ya istinadla xəbər verir ki, husi qiyamçılarının nəzarəti altında olan Sənada ərzaq yardımı almaq üçün basabas salan insanları dağıtmaq üçün havaya atəş açılıb.

İzdihamda 78 nəfər həlak olub, 73 sakin yaralanıb.

Yaxınlıqdakı elektrik stansiyasına isə qumbara atılıb. Təşvişə düşən insanlar bir-birini əzib və böyük faciə baş verib. Husilər xeyriyyə tədbirinin keçirildiyi məktəb binasını mühasirəyə alıb və jurnalistlərin yaxınlaşmasının qarşısını alıblar.

Husi qiyamçılarının baş qərargahı bəyan edib ki, atış açan şəxslər axtarılır. Həlak olanların ailə üzvlərinə 2 min dollar, yaralılara isə 400 dollar təzminat ödəniləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.