Dünya

ABŞ-a məxsus pilotsuz kater Hörmüz boğazından keçib

19 Aprel 2023 20:56
Baxış: 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus pilotsuz kater Hörmüz boğazından keçib.

Mİlli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ HDQ-nin 5-ci Donanmasının sözçüsü Timoti Hokins (Timothy Hawkins) bildirib.

Hokins qeyd edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasına məxsus ilk pilotsuz kater Fars və Oman körfəzlərini birləşdirən Hörmüz boğazından keçib.

Həmçinin əlavə olunub ki, beynəlxalq dəniz qaydalarına uyğun olaraq üzən gəminin boğazdan keçməsini İran tərəfi müşahidə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.