Dünya

Bundan yalnız Rusiya qazanır - Ukrayna kəşfiyyatı

14 Aprel 2023 11:38
Baxış: 1 047
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın məxfi sənədlərinin geniş miqyasda sızmasından yalnız Rusiya qazanır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

O bildirib ki, Rusiya bunun yeganə benefisiarı sayılır:

"Araşdırmadan sonra biz yekun cavabı alacağıq. Bizim ABŞ-ın müvafiq xidmətləri ilə əlaqələrimiz var. İlk saatlardan biz danışmağa başladıq. Ukrayna-ABŞ münasibətlərinə xələl gətirəcək heç bir risk yoxdur. Məlumat sızması müharibənin gedişatına böyük təsir göstərə bilməz. Problem varsa, həll ediləcək. Problem yoxdursa, daha yaxşı... Bu, hücum əməliyyatlarının real nəticələrinə təsir edə bilməz. Yaxın gələcəkdə əks-hücumun nəticələrini hamı görəcək və hiss edəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.