Dünya

Rusiyada 17 milyon insan səfərbər edilə bilər - Şok

14 Aprel 2023 08:33
Baxış: 1 142
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Elektron çağırış haqqında qanunla Kreml diktatoru Vladimir Putin Rusiyaya təhkimçilik hüququnu qaytardı. Əslində, Rusiya Federasiyasında ümumi səfərbərlik elan edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri ukraynalı ekspert Oleq Jdanov deyib.

"Onlar indi reyestrə daxil olan hər kəsə zəng edə bilərlər. Bəzi hesablamalara görə, bu, 15-17 milyon insan ola bilər... Fikrimcə, Rusiyada ümumi səfərbərlik elan olunub və indi bu, kifayət qədər yüksək templə və böyük həcmdə davam edəcək", - O.Jdanov bildirib.

Onun sözlərinə görə, Ukraynada müharibəni davam etdirmək üçün Putinə sadəcə olaraq "top yemi" lazımdır:

"Mənə elə gəlir ki, Stalinqrad yaxınlığında olduğu kimi, Putin bir tüfəngi iki nəfərə verəcək: biri - tüfəng, digəri - patron... Bu gün onlar artıq atıcı alaylar formalaşdırırlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.