Dünya

ABŞ Ermənistana xəbərdarlıq etdi

13 Aprel 2023 07:26
Baxış: 2 439
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Maliyyə Nazirliyi Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalarla bağlı Ermənistan tərəfinə xəbərdarlıq edib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, söhbət Rusiya qarşı tətbiq edilən sanksiyalardan yan keçmək cəhdindən gedir.

Belə ki, ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanata əsasən, Amerikanın maliyyə nazirinin birinci müavini Adevale Adeyemo Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan ilə görüşüb.

Onlar Ermənistandakı son iqtisadi hadisələri müzakirə ediblər. Adeyemo həmçinin ABŞ-ın Rusiyaya qarşı sanksiyaları və ixrac nəzarətindən yayınmasının qarşısını almaq üçün Birləşmiş Ştatların qlobal səylərinə diqqət çəkib.

Qeyd edək ki, ABŞ Ermənistan şirkətlərinə qarşı ixrac məhdudiyyətləri tətbiq etmişdi.

Məhdudiyyətlər Rusiya hərbi-sənaye kompleksini dəstəkləmək üçün ixrac nəzarətindən yan keçməklə ABŞ istehsalı məhsulların alınması cəhdləri ilə əsaslandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.