Dünya

Belarus Ukraynada atəşkəs elan etməyə və danışıqlara başlamağa çağırıb

12 Aprel 2023 22:49
Baxış: 1 058
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Belarus Ukraynada atəşkəsin və danışıqların başlanılmasının tərəfdarıdır.

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə Macarıstanda səfərdə olan Belarusun xarici işlər naziri Sergey Aleynik bildirib.

"Minskinin mövqeyi birmənalıdır: insanların ölümünü dayandırmaq, dərhal atəşkəs elan etmək və danışıqlara başlamaq lazımdır - nə qədər tez olsa, bir o qədər yaxşıdır", - o deyib.

XİN rəhbəri vurğulayıb ki, Belarus da Macarıstan kimi sülhün tərəfdarıdır.

"Atəşkəs hər iki tərəfdən qoşunları hərəkət etdirmək, yenidən toplamaq, silah-sursat, canlı qüvvə və texnikanı döyüş yerlərinə cəlb etmək hüququ olmadan elan edilməlidir", - S.Aleynik qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.